üstünə elə bil bir qazan qaynaq su tökdülər

Lit. as if someone is scalded by boiling water как (будто, словно, точно) кипятком обкатили (ошпарили)
üstünə düşmək
üstünə əl qaldırmaq
OBASTAN VİKİ
Qaynaq
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsul. Qaynaq — mənbə.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Qaynaq (Tərtər)
Qaynaq — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin sentyabr ayında kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Qaynaq (dəqiqləşdirmə)
Qaynaq bu mənaları ifadə edə bilər: Qaynaq (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsul. Qaynaq — mənbə.
Qaynaq (texnika)
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur. Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik materialların birləşdirilməsində də bu üsuldan geniş istifadə olunur. Qaynaq növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir. Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi, ətraf mühit və üsulla aradan qaldırıla bilər. Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı 0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
Qazan
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. == Haqqında == Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. == Məzmun == Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Kef elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Bil Geyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bil Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokratlar partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bil Qeyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Qazan (Sərdəşt)
Qazan (fars. قازان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər. yaşayır (11 ailə).
Qazan (Urmiya)
Qazan (fars. غازان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 480 nəfər yaşayır (75 ailə).
Qazan (ad)
Qazan — bir sıra qədim və müasir türk xalqlarında geniş yayılmış şəxs adı. "Kitabi-Dədə Qorqud" eposundakı Qazan şəxs adı ilə müqayisə oluna bilər. Qədim türk tayfalarından birinin Kazan adlanması və Azərbaycanda Qazançı toponimlərində öz əksini tapması da məlumdur.
Qazan (dəqiqləşdirmə)
Qazan (məişət əşyası) — məişət əşyası. Qazan (ad) — şəxs adı. İran kəndləri Qazan (Sərdəşt) — Qazan (Urmiya) Qazan Əli (Urmiya) — Qazan Sar (Bukan) — == Qazan (Qab) == Qazan Türk millətin yemək bişirmək üçün metal qabıdır . Qazanlar çox zaman yuvarlaq formada olurlar. Qazanlar müxtəlif ölçülərə malikdir.
Qazan (şəhər)
Kazan və ya Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri-rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Qazan burnu
Qazan (ukr. Газан) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri. Krım yarımadasının şərqində Leninski rayonu ərazisində yerləşir. Yurkino kəndindən şimalda, Azov dənizi sahillərində qərarlaşır. Burunun sahilləri sıldırımlıdır. Xroni burnundan cənub-qərbdə yerləşir. Bulqanak buxtasına daxil olur.
Qazan kababı
== Lazımlı ərzaqlar == adambaşına 300 qr qoyun əti 20 qr quyruq yağı 25 qr nar 2 ədəd baş soğan 5 qr göyərti habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5 – 6 dəq qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir. Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.
Qazan köşkü
Qazan köşkü — Cəlilabad rayonunun Musalı kəndinin şimal-şərqində Talış dağlarının şimal qurtaracağında yerləşmiş tarixi abidə. Qazan köşkü abidəsi stəkanvari, qala tipli müşahidə məntəqəsidir. Azərbaycan tarixinin zənginliyi ilə öyünməsinə baxmayaraq burda demək olar ki, dəqiq tarixi araşdırma aparılmamışdır. Bəzi məlumatlara görə və tarixi qaynaqlara gorə qazan köşkünün XIII əsrə, Hülaki hökmdarı Qazan xana (1295-1304) aid olduğunu deməyə əsas verir. Bu qala haqqında məlumata Qazan xanın vəziri olmuş tarixçi, alim Fəzlüllah Rəşidəddinin "Came ət-təvarix" ("Tarixlər toplusu") kitabında rast gəlinir. Qalanın hündür,strateji mövqedə inşa olunması onun müşahidə məntəqəsi kimi istifadə olunmasını sübut edir.
Qazan tatarları
Qazan tatarları (tatar. Казан татарлары) — tatar xalqını təşkil edən əsas etnik qruplardan biri. Türk dilləri qıpçaq qrupunun tatar dilindəki Qazan ləhcəsində danışırlar. Kazan tatarlarının etnik əsasını türklər (bulqarlar, qıpçaqlar və s.) və İmenkovski mədəniyyətinin nümayəndələri təşkil edirdi. == Tarixi == === İlkin tarix === Monqolların 1236-cı ildə İdil bulqarlarını fəth etməsindən, 1237 və 1240-cı illərdə bir sıra bolqar üsyanlarından sonra İdil bulqarları Qızıl Orda dövlətinim tərkibinə daxil olur. Sonralar Qızıl Ordanın dağılmasından və bir sıra müstəqil xanlıqların yaranmasından sonra bulqar torpaqlarında Qazan xanlığı qurulur. Bulqarların bir hissəsinin başqa qıpçaqlarla, həmçinin qismən bölgənin Fin-Uqor əhalisi ilə birləşməsi nəticəsində Qazan tatarları yaranır. === Formalaşma === 15-16 əsrlərdə Qazan tatarlarının təşəkkülü baş verir. Qazan tatarları, daha inkişaf etmiş bir iqtisadiyyat və mədəniyyətə sahib olaraq, 19-cu əsrin sonlarında burjua millətini meydana gətirdilər. Onların əsas hissəsi əkinçiliklə məşğul idi.
Qazan xan
Qazan xan (personaj) — Kitabi-Dədə Qorqud dastanında personaj.Oğuz elinin Salur boyundan olduğu bilinir.
Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazan çarlığı
Qazan çarlığı — Rusiya çarlığı ilə ittifaqda olan asılı dövlət. Faktiki olaraq Rusiya çarlığından asılı olmuşdur. == Tarixi == 1552-ci ildə Litva ilə müharibəni bitirən rus çarı III Vasili qüvvəsini Qazan xanlığına yönəldir. Sahib Gəray ruslarla toqquşmadan çəkindiyi üçün Osmanlıların vassallığını qəbul edir. Lakin Rusiya Osmanlılarla Qazan xanlığının bu razılığına qarşı çıxır və Sahib Gəraya qarşı müharibəyə başladır. Sahib Gəray vəziyyətin çətinliyini görüb Qazanı tərk edərək Krıma getdir. Yerinə isə qardaşı oğlu Səfa Gərayı qoyur (1524-1549). Səfa Gəray da Osmanlı tərəfdarı olur. Ondan sonra Qazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirir, xanlığa Səfa Gərayın kiçik yaşlı oğlu Uyatmış təyin edilir. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gərayın arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu.